"Neftçi" 3 futbolçusu ilə vidalaşdı

"Neftçi" komandası üç futbolçusu ilə vidalaşdı. 

Sportline.az xəbər verir ki, "ağ-qaralar" müdafiəçilər Petru Raku, Məhəmməd Mirzəbəyov və yarımmüdafiəçi Qoran Paratski ilə müqavilənin müddətini uzatmayıb.

Klub rəsmi saytı vasitəsilə hər 3 oyunçuya gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, "Neftçi"nin 2-ci olduğu 2018/2019-cu illər mövsümündə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.