"Neftçi" ABŞ-li basketbolçu ilə müqaviləni yeniləyib

“Neftçi” ABŞ-li basketbolçusunun müqavilə müddətini yeniləyib.

Klubdan Sportline.az-a verilən məlumata görə, "ağ-qaralar" Edvard Polaytla yenidən birillik müddətə anlaşıblar.

Qeyd edək ki, 28 yaşlı oyunçu ötən mövsüm də Bakı təmsilçisinin heyətində çıxış edib.