"Neftçi" - "Arsenal" matçının hakimləri bilindi

Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Oyunu Alan Mario Sant idarə edəcək. Ona Edvard Spiteri və Roberto Vella yardımçı olacaq. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. 

Görüşün UEFA nümayəndəsi qazaxıstanlı Kuanış Kanapyanov, hakim-inspektoru finlandiyalı Mika Peltola (Finlandiya) olacaq.

Qeyd edək ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlayacaq. Rusiyadakı ilk oyunda flaqman 1:0 hesablı qələbə qazanıb.