"Arsenal"ı məğlub edən "Neftçi" 3-cü mərhələdə

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Sportline.az xəbər verir ki, Azərbaycanın turnirdə təmsil edən “Neftçi” ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi Rusiyanın “Arsenal” klubunu qəbul edəcək. 8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Cütün qalibi III raundda İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

1 avqust

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

21:00 Neftçi – Arsenal (Tula, Rusiya) 3:0

Qollar: Rauf Əliyev, 49 (1:0), Dario Federiko, 89-pen. (2:0), Mamadu Mbodj, 90+3 (3:0).

Baş hakim: Alan Mario Sant (Malta)
İlk oyun – 1:0