"Neftçi" Avrokubokda növbəti oyuna çıxır

"Neftçi" basketbol klubu bu gün FİBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq görüş saat 18:30-da başlanacaq.

Xatırladaq ki, "Neftçi" qrupun ilk matçında Polşada "Trefl"ə uduzub. Bu qrupda yer alan digər təmsilçimiz "Abşeron Lions" sabah Bakıda "Trefl"lə qarşılaşacaq