"Neftçi" azarkeşlərə avtobus ayıracaq
UEFA Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt" klubunu qəbul edəcək "Neftçi" azarkeşləri üçün avtobus ayıracaq. SportLine.az xəbər verir ki, futbolu stadiondan canlı izləmək istəyənləri "Dalğa Arena"ya 16 avtobus daşıyacaq.
Klub avtobusların şəhərin hansı nöqtələrindən yola düşəcəyi barədə məlumat təqdim edəcək.
Qeyd edək ki, "Neftçi" - "Uypeşt" matçı iyulun 12-i, saat 21:00-da start götürəcək.