"Neftçi" - "Bney Yehuda" görüşünə bilet satışı başlandı

“Neftçi”nin İsrailin “Bney Yehuda” komandası ilə Bakıda keçirəcəyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri bu gün satışa çıxarılıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Saat 16:00-dan sonra isə biletlər “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarında və “Mega Store”da (Bakıxanov qəsəbəsi) satışda olacaq. 

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell Arena”nın kassalarında satılacaq.

Xatırladaq ki, avqustun 8-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.