"Neftçi" Bosniya və Herseqovina klubuna aman vermədi
Türkiyəyə təlim-məşq toplanışına davam edən "Neftçi" bu gün növbəti yoxlama oyununu keçirib SportLine.az xəbər verir ki, "ağ-qaralar" Bosniya və Herseqovinanın "Çelik" kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydançasında təşkil olunub.
Görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 4:1.
Bakı klubunun heyətində Baqali Dabo, Rəhman Hacıyev (2) və Namik Ələsgərov fərqlənib.
Qeyd edək ki, ilk yoxlama oyununda Makedoniyanın "Şkupi” klubunu məğlub edən "Neftçi", daha sonra Rumıniyanın "Dunarea Kalarası” komandasını da eyni hesabla üstələyib.
"Çelik" bir neçə gün öncə "Keşlə" ilə yoxlama görüşündə qələbə qazanıb - 2:0.