"Neftçi" braziliyalı futbolçunu transfer etdi

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Dario Frederiko ilə 1 illik müqavilə imzalayıb. 26 yaşlı braziliyalı hücumçu "ağ-qaralar”ın heyətində 10 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Dario Frederiko ötən mövsüm  "Kəpəz”də 13 oyunda meydana çıxıb və 4 qol vurub.