"Neftçi" çempionluq kubokuna qovuşdu

Bir neçə gün əvvəl U-15 Liqasının çempionu olan "Neftçi” mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, "ağ-qaralar"ın üzvlərinə kubok və qızıl medallar təqdim olunub.

Xatırladaq ki, 69 xal toplayan baş məşqçi Eldəniz Məmmədovun yetirmələri 26 oyundan 22-də qalib gəlib, 3-də heç-heçə edib, 1-də məğlub olub. Rəqib qapılarından 118 top keçirən "Neftçi” öz qapısından 16 top buraxıb. Komandamızın üzvü Oruc Məmmədov isə 45 qolla çempionatın bombardiri olub.