Neftçi daha bir futbolçu ilə yolları ayırdı
"Neftçi” daha bir legionerlə vidalaşıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Slavko Braliçlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, "Neftçi” Braliçlə keçən ilin yayında 1 illik müqavilə bağlamışdı. O, bu mövsüm "ağ-qaralar"ın heyətində 13 oyunda meydana çıxıb.