"Neftçi" Emin Mahmudovla müqavilə yenilədi

"Neftçi” klubu daha bir futbolçu ilə müqavilə müddətini artırıb.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov daha 2 il ağ-qara formanı geyinəcək. 26 yaşlı oyunçu "ağ-qaralar"a ötən mövsümün əvvəllərində cəlb olunub. O, 27 oyunda 2 qola imza atıb.

Qeyd edək ki, "Neftçi" daha əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqaviləni yeniləyib.