"Neftçi" fanatlarının daha bir istefa tələbi

Bu il qarşısına çempionluq hədəfi qoyan "Neftçi" turnir cədvəlində 5 oyundan sonra 5 xalla 6-cı yeri tutur. "Ağ-qaralar" lider "Qarabağ"dan 10 xal geri qalırlar.

Sportline.az xəbər verir ki, komandanın mövsümə bu cür start verməsi təsisçiləri də məyus edib. Bir tərəfdən də rəhbərlik heç cür azarkeşlərlə dil tapa bilmir. "Neftçi"nin "Bakcell Arena"da keçirilən hər oyununda azarkeşlərin "istefa" şüarlarını eşitmək mümkündür. Artıq iş o yerə çatıb ki, azarkeşlər klubun prezidenti Kamran Quliyevin sosial şəbəkələrdəki hesablarına "istefa ver, get" tipli mesajlar yazırlar. "Neftchi Baku" Fan Page səhifəsi bu tipli mesajlardan birini yayıb. (sportinfo.az)