"Neftçi" FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq

"Neftçi" basketbol klubu FIBA Avropa Kubokuna Rumıniyada hazırlaşacaq.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" bu məqsədlə sentyabrın 4-də adıçəkilən ölkəyə yollanacaq.

Paytaxt təmsilçisi 2 həftəlik hazırlıq müddətində 6 yoxlama oyunu keçirməyi planlaşdırıb. Ardınca Bakıya qayıdacaq "flaqman" Azərbaycan çempionatının oyunlarına hazırlaşacaq.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunun I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.