"Neftçi" gənc futbolçunu heyətə qatdı
"Neftçi” gənc futbolçu Turan Vəlizadə ilə 3 illik müqavilə bağlayıb.
SportLine.az xəbər verir ki, 18 yaşlı mərkəz yarımmüdafiəçisi komandanın heyətində 33 nömrəli formanı geyinəcək.
"Əlincə”nin yetirməsi olan Turan Vəlizadə "Qarabağ”ın və Türkiyənin "Fənərbaxça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarında çıxış edib. O, U-19 millimizin üzvüdür.
Qeyd edək ki, "Neftçi" bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə isə 2,5 illik müqavilə bağlayıb.