"Neftçi" - "Gəncə" oyunu təxirə salınıb
Azərbaycan Basketbol Liqasının III turunda keçirilməli olan "Neftçi" - "Gəncə" oyunu təxirə salınıb.
Bu barədə Sportline.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Buna paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.
III turun görüşləri oktyabrın 17-19-u aralığında baş tutacaq.
Qeyd edək ki, "Neftçi" Avropa Kubokunun əsas mərhələsinin I turunda Estoniyanın "Kalev" klubu ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.