"Neftçi" hazırlığa başladı

"Neftçi” komandası Azərbaycan Premyer Liqasının XVIII turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığına start verib.

SportLine.az xəbər verir ki, "Zirə” ilə qarşılaşmadan sonra ikigünlük fasiləyə buraxılan flaqman bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək. 

Qeyd edək ki, fevralın 24-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Səbail” oyunu saat 16:00-da başlanacaq.