"Neftçi" hazırlığa davam edir
"Neftçi" komandası Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan "Uypeşt"i ilə keçirəcəyi oyunlara hazırlığı ara vermədən davam etdirir.
SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "ağ-qaralar" ötən gün İsmət Qayıbov adına təlim-məşq bazasında iki məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi çalışmalarda səhər məşqi fiziki, axşam məşqi isə texniki-taktiki hazırlığa həsr olunub. Hazırlıq bu gün axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, "Neftçi" "Uypeşt"lə ilk oyununu iyulun 12-də keçirəcək. "Dalğa Arena”da təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.