"Neftçi" hazırlığa davam edir

“Neftçi” məşqləri bərpa edib.

SportLine.az xəbər verir ki, “Neftçi-2” ilə yoxlama oyunundan (1:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşq edib. 

Məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olmuş futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 21:00-da başlanacaq.