"Neftçi" hazırlığı davam etdirir

Ötən gün axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan "Neftçi” hazırlığa ara vermədən davam edir. 

Sportline.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu ilə görüşəcək komanda, bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxıb.

Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra baş məşqçi Roberto Bordin yetirmələrini istirahətə buraxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.

Xatırladaq ki, "Neftçi” iyunun 17-də Bakıda bir araya gələrək iki mərhələli təlim-məşq toplanışına start vermişdi. İyunun 22-də Türkiyəyə yollanan komanda iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb.