"Neftçi" hazırlığı davam etdirir

"Neftçi” komandası UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Sperantsa” ilə səfər oyununun hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, Türkiyə toplanışından sonra ikigünlük fasiləyə buraxılan komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlığın bu gün bir məşqlə davam edəcəyi nəzərdə tutulub.

İyulun 11-də "Zimbru” stadionunda keçiriləcək "Sperantsa” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.