"Neftçi" hücumçusunu icarəyə verdi

 

"Neftçi" klubu hücumçusu Kvame Karikarini icarəyə verib.

Sportline.az xəbər verir ki, qanalı futbolçu mövsümün sonuna kimi Birləşmir Ərəb Əmirliklərində oynayacaq.

Dubay klublarının birindən təklif alan 26 yaşlı forvard hazırda bu komandanın düşərgəsindədir. Tibbi baxışdan keçdikdən sonra onunla 6 aylıq rəsmi müqavilə bağlanacağı bildirilir.

Qeyd edək ki, bu mövsümün əvvəlində "Neftçi"yə cəlb olunan Karikarinin, paytaxt təmsilçisi ilə 2020-ci ilin yayına qədər müqaviləsi var.