"Neftçi" I Divizion komandasına qalib gəldi

Mövsümün  ikinci yarısına hazırlığı Bakıda davam etdirən “Neftçi” bu gün yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" birinci divizion təmsilçisi "Sabah"la qarşılaşıb.
 
İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında keçirilən görüşün taleyini 1 qol həll edib. 73 dəqiqədə Emin Mahmudovun penaltidən vurduğu qol "Neftçi"yə qələbə qazandırıb.

Qeyd edək ki, paytaxt klubu Antalyada keçirdiyi 5 yoxlama oyununun hamısında uduzub.