"Neftçi" ilə oyun ərəfəsində "Səbail"də itkilər

"Səbail" komandası Azərbaycan Premyer Liqasının XIII turunda, "Neftçi" ilə oyuna itkilərlə çıxacaq. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. 

Otuz səkkiz yaşlı mütəxəssis bildirib ki, zədəli oyunçular İqor Korotetski və Mirabdulla Abbasova bir neçəsi də əlavə olunub: "Zirə" ilə matçdan sonra Fəhmin Muradbəyli boyun hissəsində ağrılar hiss edir. Bundan əlavə, Yevgeni Koçukun da durumu yaxşı deyil. Ayağında ağrı var. Elvin Yunuszadə də zədəli oyunçulardandır. Bizə yaxınlaşaraq ağrılarının olduğunu dedi və böyük ehtimalla oynamayacaq".

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 15:00-da başlanacaq.