"Neftçi" ilə "Səbail"in rəqibi bəlli oldu

Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək “Neftçi” Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq. "Səbail" isə Rımıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gələcək. Hər iki komandamız ilk oyunu evdə keçirəcək.


Avropa Liqası

I təsnifat mərhələsi

"Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova)

"Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. 

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.