"Neftçi" itkilərlə hazırlaşır

"Neftçi” Topaz Premyer Liqasının XXI turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Sumqayıt”la qarşılaşmadan sonra hazırlığa fasilə verməyən komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Yarımmüdafiəçi Rəhman Hacıyevin fərdi hazırlaşdığı hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Rəhman Hacıyevlə yanaşı, Baqali Dabo da cəzalı olduğu üçün "Qəbələ" önünə çıxmayacaq.

Qeyd edək ki, martın 15-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu 19:00-da başlayacaq.