"Neftçi" - "Kəpəz" görüşünün biletləri satışda

Topaz Premyer Liqasının XV turunun "Neftçi” – "Kəpəz” matçının biletləri satışa çıxarılıb.

Sportline.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edir.

Biletləri 8-ci km qəsəbə stadionunun kassalarından və ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündü.

Qeyd edək ki, fevralın 11-də keçiriləcək oyun saat 17:30-da başlanacaq.