"Neftçi" "Keşlə" ilə görüşə itkilərlə çıxacaq
"Neftçi" Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Keşlə" ilə sabah keçiriləcək görüşə itkilərlə çıxacaq. SportLine.az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, Kirill Petrovla Soni Mustivar sabahkı oyunu buraxacaq.
Ukraynalı müdafiəçi cəzalı, haitili yarımmüdafiəçi isə zədəli olduğu üçün meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Keşlə” – “Neftçi” oyunu saat 16:00-da başlayacaq.