"Neftçi" son dəqiqələrdə sevindi

Bu gün Topaz Premyer Liqasında 4-cü tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Çempionatın lideri - "Neftçi" doğma meydanda "Keşlə"ni qəbul edəcək. "Ağ-qaralar" zirvədə möhkəmlənmək, "Keşlə" isə "zirzəmi"dən yaxa qurtarmaq barədə düşünür. 

Saat 21:00-da start götürəcək matçı Ramil Diniyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


16 sentyabr 2018
TPL, 4-cü tur

“Neftçi” – “Keşlə” - 2:0
QOLLAR:
Anton Krivotsyuk, 88 (1:0); Baqali Dabo, 90+4 (2:0)

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov 
“Bakcell Arena”

Standings provided by Sofascore LiveScore