"Neftçi" - "Keşlə" matçının qiyməti
Topaz Premyer Liqasının XVI turunun, "Neftçi" - "Keşlə" matçının biletləri satışa çıxarılıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, fevralın 10-da "Bakcell Arena"da keçiriləcək görüş saat 14:00-da başlanacaq.