"Neftçi" "Keşlə"ni məğlub etdi

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” ilə “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

SportLine.az-ın məlumatına görə, matç  “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Komandanın heyətində Emin Mahmudov və Mirabdulla Abbasov fərqlənib.

Qeyd edək ki, həm “Neftçi”, həm də “Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində turnirlə vidalaşıb.