"Neftçi" "Keşlə"ni son anda üstələdi

Bu gün Topaz Premyer Liqasında 19-cu tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Neftçi" "Keşlə"ni qəbul edəcək. "Ağ-qaralar" qələbə qazanacaqları təqdirdə "Sumqayıt"a bir qədər də yaxınlaşacaq. "Keşlə" isə 3 xalla "Səbail"i arxada qoya bilər.

Qarşılaşma saat 18:00-da start götürəcək.

09 mart 2018
Topaz Premyer Liqası
19-cu tur

18:00. "Neftçi" - "Keşlə" 3-2
Qol: 
Namiq Ələsgərov, 14 (1-0) Adrian Skarlatake, 16 (1-1) İqnasio Herrera, 48 (2:1), Pərdis Fərcad-Azad, 57 (2:2)  Ruslan Abışov, 90 (3:2)

Hakim: Ramil Diniyev
8-ci km stadionu

Standings provided by Sofascore LiveScore