Emin Mahmudov dubl etdi, "Neftçi" 3 xal qazandı

Topaz Premyer Liqasında mübarizə davam edir. SportLine.az xəbər verir ki, bu gün 16-cı tura yekun vurulacaq. Son oyun günündə daha iki qarşılaşma keçirilir.

Lider - "Neftçi" doğma meydanda "Keşlə"ni qəbul edib. "Ağ-qaralar" qələbə qazanmaqla "Qarabağ"la 3 xallıq fərqi qoruyublar.

10 fevral 2019
Topaz Premyer Liqası
16-cı tur

“Neftçi” – “Keşlə” - 2:0
QOLLAR:
Emin Mahmudov, 35 (1:0); Emin Mahmudov, 68/p. (2:0)

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”
İlk iki dövrədəki oyunlar: 2:0, 1:0

1 Neftçi 16 37
2 Qarabağ 16 34
3 Səbail 15 24
4 Qəbələ 16 23
5 Sabah 16 20
6 Sumqayıt 16 15
7 Keşlə 16 12
8 Zirə 15 10