"Neftçi" komandasının seriyası qırıldı

“Neftçi”nin Topaz Premyer Liqasındakı ev oyunlarında məğlubiyyətsizlik seriyası qırılıb. 

Sportline.az  xəbər verir ki, bu, 18-ci turun “Səbail”lə görüşünə təsadüf edib. 1:2 hesabı ilə uduzan “ağ-qaralar” mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb.

Bunadək “Neftçi”nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün “Qəbələ”yə 2:3 hesabı ilə uduzan “ağ-qaralar” 462 gündən sonra məğlubiyyətlə üzləşib. Ötən mövsüm 9, cari çempionatda 8 görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, 5 heç-heçə edib.(pfl.az)