"Neftçi" legionerini yola saldı
“Neftçi” klubu paraqvaylı Fransisko Qarsiya ilə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
“Neftçi” yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.