"Neftçi" legionerini yola saldı

"Neftçi” klubu Mayk Kampazla yollarını ayırıb.

SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kolumbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Mayk Kampaz ötən mövsüm "Neftçi”nin heyətində 4 oyunda meydana çıxıb.