"Neftçi" klubu məşqçilərlə vidalaşdı

"Neftçi” klubu əsas komandanın məşqçi heyəti ilə müqavilələrə xitam verib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Novruz Əzimov, İqor Getman, Mehman Babayev, Rauf Salamov və Dmitro Qolovko ilə sözləşmələrin müddəti uzadılmayıb.

Qeyd edək ki, ötən gün "Neftçi" baş məşqçi Tərlan Əhmədovla da yollarını ayırıb.