"Neftçi" millinin üzvü ilə müqaviləni yenilədi

"Neftçi" klubu müdafiəçi Tural Axundovla yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun bu mövsümün sonunda bitməli olan sözləşməsinin müddəti daha 1 il uzadılıb.

O, 2019/2020 mövsümünün sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.

Qeyd edək ki, Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.