"Neftçi" Mustivarsız məşq etdi
"Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığını davam etdirir.
SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün öz bazasında məşqə çıxıb. Ruslan Abışov və Məhəmməd Mirzəbəyovun fərdi məşq etdiyi hazırlıq prosesinə əsas və U-21 milli komandalarımızın düşərgəsindən dönən futbolçular da qatılıblar. Haiti yığmasından bu axşam qayıdacaq Soni Mustivar isə sabahkı məşqdə iştirak edəcək.
Xatırladaq ki, "Səbail” – "Neftçi” oyunu noyabrın 25-də "Bayıl Arena”da baş tutacaq və saat 17:00-da start götürəcək.