"Neftçi" natamam heyətlə hazırlaşdı

"Neftçi” komandası səfərdə "Keşlə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XII tur matçına hazırlaşır. SportLine.az xəbər verir ki, bugünkü məşq "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutub.

Çalışmalarda millinin düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Namik Ələskərov, Mirabdulla Abbasov və Ömər Buludov da iştirak ediblər. Litva ilə yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuş Səlahət Ağayev və Anton Krivotsyuk bərpa məşqi keçiblər.

Toplu çalışmaların və müxtəlif təmrinlərin yerinə yetirildiyi məşqə milli komandaların düşərgəsində olan Kamran İbrahimov, Soni Mustivar və Mamadu Kane qatılmayıblar. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Xatırladaq ki, martın 30-da "ASK Arena”da keçiriləcək "Keşlə” – "Neftçi” oyunu saat 18:30-da başlanacaq.