"Neftçi" növbəti oyuna ciddi itki ilə çıxacaq

“Neftçi”nin kapitanı Ruslan Abışov Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” ilə oyunu kənardan izləyəcək.

Sportline.az xəbər verir ki, buna müdafiəçinin son turda “Sumqayıt”la oyunda cəzalı duruma düşməsi səbəb olub.

Abışov 2:2 hesabı ilə nəticələnən oyunda mövsümdə 4-cü sarı vərəqəsini alıb. 

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu aprelin 15-də keçiriləcək.