"Neftçi" növbəti rəqibini gözləyir

Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Sportline.az-ın xəbərinə görə, UEFAnın Nyondakı qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Püşkdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı rəqibi bilinəcək.

"Ağ-qaralar" 3-cü mərhələsədə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda səpələnməmişlər səbətində yer alacaq və "səpələnmişlər"dəki aşağıdakı cütlüklərdən birinin qalibi ilə görüşəcək:


"Antverpen" (Belçika) - Viktoriya" (Çexiya)

"Brondbü" (Danimarka) - "Braqa" (Portuqaliya)

"Vaduts" (Lixtenşteyn) - "Ayntraxt" (Almaniya)

"Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina)

"Partizan" (Serbiya) - "Malatyaspor" (Türkiyə)


Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" isə 3-cü mərhələdə APOL-lə bacarmasa, mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Bu zaman komanda səpələnmişlər səbətində yer alacaq. Rəqib isə səpələnməmişlər səbətində qərarlaşacaq və  Avroliqanın üçüncü mərhələsindəki bu cütlüklərdən birinin qalibi olacaq.


"Sutyeska" (Çernoqoriya) - "Linfild" (Şimali İrlandiya)

"Ludoqorets" (Bolqarıstan) - TNS (Uels)APOL

"Sarayevo" (Bosniya və Herseqovina) - BATE (Belarus)

"Astana" (Qazaxıstan) - "Valletta" (Malta)

"Slovan" (Slovakiya) - "Dandolk" (İrlandiya)