"Neftçi" Polşa klubuna qarşı
“Neftçi” basketbol komandası bu gün Avropa Kubokunun əsas mərhələsində mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, “ağ-qaralar” ilk oyununu səfərdə Polşanın “Trefl” klubuna qarşı keçirəcəklər.
Soport şəhərinin “Sopot Centennial” İdman Zalında təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 21:15-də səslənəcək.
Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını "Kalev/Kramo" (Estoniya) və "Bursaspor" (Türkiyə) komandalarına qarşı keçirəcək.
Azərbaycanın digər təmsilçisi “Abşeron Lions” isə oktyabrın 16-da Estoniyanın “Kalev” komandasını ilə qarşılaşacaq.