"Neftçi" - "Qarabağ": 99 dəqiqəyə hesab açılmadı

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. Lider "Qarabağ" səfərdə əzəli rəqibi, hazırda 2-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olacaq. Paytaxt klubu "Qarabağ"la 8 xallıq fərqi azaltmağa, Ağdam təmsilçisi isə liderliyini bir qədər də möhkəmləndirməyə çalışacaq.

Turun digər oyunları isə noyabrın 2-si və 3-də keçiriləcək.
 

1 noyabr (cümə)

20:00.“Neftçi” – “Qarabağ” 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov,  Pərvin Talıbov, Kamal Umudlu
“Bakcell Arena”
 

2 noyabr (şənbə)

“Səbail” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Cəmil Quliyev, Fərid Hacıyev
“ASCO Arena”, 16:00

3 noyabr (bazar)

“Qəbələ” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu, 17:00

“Zirə” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu, 15:00