"Neftçi" "Qarabağ"ı xalsız qoydu

Topaz Premyer Liqasında 9-cu tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Turun mərkəzi duelində "Neftçi" "Qarabağ"la münasibətləri aydınlaşdırıb. Görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb.

28 oktyabr 2018
TPL, 9-cu tur

“Neftçi” – “Qarabağ” - 3:1
QOLLAR:
Abbas Hüseynov, 10/a.q. (1:0); Mirabdulla Abbasov, 25 (2:0); Mahir Mədətov, 85 (2:1); Baqali Dabo, 88 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə  
“Bakcell Arena”

1 Neftçi 9 22
2 Qarabağ 8 16
3 Sabah 9 16
4 Səbail 9 16
5 Sumqayıt 9 11
6 Qəbələ 9 9
7 Keşlə 8 5
8 Zirə 9 4