"Neftçi" - "Qəbələ" görüşünün biletləri satışda
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb. Sportline.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.
Biletləri oyunun keçiriləcəyi “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, sabah baş tutacaq “Neftçi” – “Qəbələ” oyununa saat 17:00-da start veriləcək.