"Neftçi" Qəbələdə 3 xal qazandı

Bu gün Topaz Premyer Liqasında 18-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Azarkeşlərin diqqəti, əsasən, Qəbələyə yönələcək. Burada yerli komanda "Neftçi" ilə üz-üzə gələcək. 

"Radarlar" qələbə qazanmaqla 2-ci pillədəki mövqeyini möhkəmlədəcək. Paytaxt klubu isə "Sumqayıt"a yaxınlaşmaq üçün 3 xala ehtiyac duyur.

Matçın start fiti saat 15:30-da səslənəcək.


04 mart 2018
Topaz Premyer Liqası
18-ci tur

“Qəbələ” – “Neftçi” - 1:2
QOLLAR:
Elvin Məmmədov, 33 (1:0); Mirabdulla Abbasov, 57 (1:1); İqnasio Herrera, 73 (1:2)

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore