"Neftçi" "Qəbələ"nin daha bir futbolçusunu heyətə qatır

Stiven Monrozla razılığa gələn “Neftçi”, “Qəbələ”nin daha bir üzvünü sheyətə qatmağa yaxındır.

Sportline.az xəbər verir ki, söhbət serbiyalı müdafiəçi Vojislav Stankoviçdən gedir. 

Kiril Petrovla yolları ayırmağı düşünən paytaxt təmsilçisi, onu məhs Stankoviçlə əvəzləmək niyyətindədir. 

Qeyd edək ki, 32 yaşlı futbolçu 2015-ci ildən “Qəbələ”nin şərəfini qoruyur.