"Neftçi" "Qəbələ"nin futbolçusunu heyətə qatır

Stiven Jozef-Monroz Azərbaycan kubokunun finalından sonra "Neftçi” ilə rəsmi müqavilə imzalayacaq.

Sportline.az fanat.az-a istinadən xəbər verir ki, hücumçu imza atacağı yeni anlaşmanın detallarını da razılaşdırıb.

Sonradan hər hansı dəyişiklik olmasa, Jozef – Monroz 2 illik anlaşmaya qol çəkəcək.

Ön xətt oyunçusu "Qəbələ”də qazandığından 30 faiz çox əməkhaqqı alacaq və Bakıda mənzillə təmin olunacaq.