"Neftçi" səfərdə, "Keşlə" doğma meydanda qələbə qazandı

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, mərhələnin ilk oyunları eyni gündə keçiriləcək.

"Qarabağ" səddini aşmaqla diqqətləri üzərinə çəkən "Sumqayıt" "Keşlə"nin qonağı olacaq. Digər dueldə isə "Qəbələ" və "Neftçi" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq.


12 aprel 2018
Azərbaycan Kuboku
Yarımfinal (ilk oyunlar)

“Keşlə” – “Sumqayıt” - 1:0
QOL: 
Sezar Meza Kolli, 90+2 (1:0)
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev

“Qəbələ” – “Neftçi” - 1:2
QOLLAR: 
Lukas Qomes, 29 (0:1); Namiq Ələsgərov, 45 (0:2); Stiven Monroz, 90+1 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov